Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Otuz ildən sonra Bakıya gələn rus deputat şoka düşüb və getmək istəmir

Abunə olmaq
Moskva Dövlət Universitetinin "Aptekarskiy oqorod" botanika bağının direktoru, moskvalı deputat Azərbaycanla bağlı təəssüratlarını bölüşüb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda olub. Onların səfərinin məqsədi Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq olub.

Sputnik Azərbaycan-ın müxbiri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Aptekarskiy oqorod" Botanika bağının direktoru və Moskvanın Meşansk rayonunun deputatı Aleksey Reteyumla söhbət edib.

— Siz ilk dəfədir Bakıdasız?

— Yox, ilk dəfə deyil. Mən 30 il əvvəl burada olmuşam. İndi isə gördüklərimdən yaxşı mənada heyrətlənmişəm. Çünki şəhər çox dəyişib. Mən göydələnləri çox sevirəm və sizdəki bu binalar çox möhtəşəmdir. Mən indi Yeseninin məşhur sözlərini təkrarlayaraq deyə bilərəm ki, Bakıdan ayrılmaq əsl dostdan ayrılmaq kimi çox çətin olacaq. 

Официальный представитель министерства иностранных дел России и Азербайджана Мария Захарова и Хикмет Гаджиев - Sputnik Azərbaycan
Azərbaycan ilə Rusiya mühüm məsələdə razılığa gəlib

— Bəs nə dəyişməz qalıb?

— Ola bilsin, adamlar. Onlar həmişəki kimi şən, sevincli və qonaqpərvərdirlər.

— İlk dəfə Azərbaycana gələndə ən çox nə xoşunuza gəlmişdi?

— Onda mənim ən çox Dənizkənarı Bulvar xoşuma gəlmişdi. Onda biz Hökumət Evinin yaxınlığında ev kirayələmişdik. Oranın pəncərəsindən bütün şəhəri görmək olurdu. Xatırlayıram ki, biz onda İşərişəhəri ziyarət etmişdik, Qız qalasına çıxmışdıq. Mənim sizin ölkənizlə bağlı çoxlu xatirələrim var. Onda biz Bakıdan sonra Sumqayıta və bir neçə digər regiona getmişdik. O zamanlar mən hələ yeniyetmə idim, amma hər şeyi xatırlayıram. Çünki Azərbaycan məndə güclü təəssürat oyatmışdı.

O zaman Azərbaycan Sovet İttifaqının bir hissəsi idi, indi isə müstəqil ölkə. İndi bu ölkə daha canlı, maraqlı və gözəl olub. Şadam ki, indi bu gözəl ölkəni yenidən görmək və xatirələri yada salmaq üçün fürsət yaranıb. Mən İçərişəhəri yenidən gəzdim. Heydər Əliyev Mərkəzi çox xoşuma gəldi. Təəssüf ki, burada olduğumuz dörd gün çox sürətlə keçdi.

— Azərbaycan yeməkləri necədir, xoşunuza gəlir?

— Mənim ət və göyərti qutabı çox xoşuma gəlir. Bizi müxtəlif şirniyyatlara, qarpız və qoz mürəbbələrinə qonaq etdilər. Xatırlayıram ki, cavanlıq illərimdə Bakıya gələndə məni qızılgül mürəbbəsinə qonaq etmişdilər, hansı ki, o mürəbbəni yalnız Azərbaycanda hazırlayırdılar. Mən onun dadına yenidən baxmağı çox istərdim. 

Официальный представитель министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan
Rusiya XİN: Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı nəsə etmək lazımdır

— Sizin Bakıya gəlməkdə əsas məqsədiniz nə idi?

— Məqsədimiz Azərbaycanla Rusiyanı bir-birinə daha da yaxınlaşdırmaq, ortaq nöqtələr tapmaq və birgə layihələr üzərində işləməkdir. Azərbaycanda o qədər isti və səmimi mühit var ki, adam sadəcə ayrılıb getmək istəmir. Bu hiss həyatım boyu mənim yaddaşımda qalacaq. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevaya bizim Bakı səfərimizi təşkil etdiyinə görə, minnətdaram. Ümid edirik ki, AMOR həmişə mövcud olacaq. Biz onun sayəsində yaxından əməkdaşlıq edirik və bu, hər iki xalqın xeyrinədir.

— Azərbaycanlılarla birlikdə hansısa layihələri həyata keçirmisiz?

— Bəli, biz çox sayda müxtəlif layihələri həyata keçirmişik. Planlar çoxdur. Hesab edirəm ki, Rusiyanın ən yaxşı ali məktəblərinin tələbələrinin Azərbaycana səfəri azərbaycanlılarla birgə layihələr haqqında düşünmək üçün fürsət olacaq.

Xəbər lenti
0