Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Aktau sammitindən sonra Xəzəri nə gözləyir

© Sputnik / Ольга Головко / Mediabanka keçidАктау, архивное фото
Актау, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin əksəriyyəti beşlik çərçivəsində dialoqun intensivləşdirilməsinə və müxtəlif sahələrdə əməkdaşlıq proqramlarının həyata keçirilməsinə ümid edirlər

Avqustun 12-də Aktauda keçiriləcək Xəzəryanı dövlətlərin sammitində Xəzər dənizinin siyasi-hüquqi statusu haqqında Konvensiyanın qəbulu gözlənilir. Xəzərin hüquqi statusu ilə bağlı konsepsiyanın razılaşdırılması prosesinin onilliklər ərzində davam etməsinə, bu istiqamətdə gərgin diskussiyaların aparılmasına baxmayaraq, heç də dialoqda iştirak edən bütün tərəflər konstruktiv mövqe nümayiş etdirməyib. Tərəflərin hər biri məsələnin onların maraqlarına uyğun həll edilməsinə çalışıblar.

Ekspertlərin əksəriyyəti bu sənədin qəbulu ilə beşlik çərçivəsində dialoqun intensivləşdirilməsinə və müxtəlif sahələrdə əməkdaşlıq proqramlarının həyata keçirilməsinə ümid edirlər.

Bu əməkdaşlığın geosiyasi və geoiqtisadi baxımdan necə inkişaf edə biləcəyi barədə 10 avqust saat 13:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək Moskva-Bakı-Astana videokörpüsündə ətraflı danışılacaq.

İştirak edəcəklər:

Moskvada:

— Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev,

Bakıda:

— Azərbaycan Respunlikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Çingiz İsmayılov,

Astanada:

— politoloq Sultanbek Sultanqaliyev

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0