Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlham Əliyev Vladimir Putinə məktub göndərdi

Abunə olmaq
Prezident: "İnsan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi"

BAKI, 4 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

“Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.

Xəbər lenti
0