BAKI, 3 avgust — Sputnik. Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı müğənni Emin Ağalarovu dindirmək niyyətindədir. Sputnik Azərbaycan "Ren TV"-yə istinadən xəbər verir ki, bu barədə müğənninin vəkili Skott Balber bildirib.
Vəkil qeyd edib ki, hələlik bu istiqamətdə danışıqlar gedir: "Danışıqlar gedir… Hələlik nələrin baş verəcəyi bilinmir".
Müllerin ofisində isə bu məlumatı şərh etməyiblər.
Qeyd edək ki, Emin Ağalarovu ABŞ-da seçkilərə müdaxilə etmək cəhdində ittiham ediblər. Bunun üçün arqument isə Ağalarovun şəxsən ABŞ prezidenti Donald Trampla tanışlığı olub. Lakin Emin Ağalarov bunu ittihamı qətiyyətlə təkzib edir.