Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın ən "xəstə regionları" açıqlandı

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidАвтомобиль "Скорой медицинской помощи", фото из архива
Автомобиль Скорой медицинской помощи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ildə Rusiyada orta hesabla 100 min sakinin payına 160 min xəstəlik düşüb

BAKI, 2 avqust — Sputnik. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2017-ci ildə ən çox xəstəlik Altay diyarında qeydə alınıb. Sputnik Azərbaycan "Lenta.ru"-ya istinadən xəbər verir ki, bu regionda 100 min sakinin payına 250 mindən çox xəstəlik düşüb.

Altay diyarından sonra Sankt-Peterburq, Nen muxtar mahalı, Kareliya və Komi Respublikaları da gəlir ki, burada da 230 mindən çox xəstəlik qeydə alınıb.

Rusiyanın ən sağlam regionu isə Kabarda-Balkar Respublikasıdır. Burada cəmi 95 min adam xəstələnib. Ondan sonra sağlam regionlar siyahısında Çeçenistan, Kursk vilayəti, Tıva Respublikası və Həştərxan vilayətidir. Bu regionlarda həkimlər 116 min xəstəlik qeydə alıb.

Ümumilikdə 2017-ci ildə Rusiyada orta hesabla 100 min sakinin payına 160 min xəstələnmə düşüb.

Xəbər lenti
0