Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan Rusiyaya "əzələ" nümayiş etdirməyə başlayıb

© Sputnik / Aram NersesyanГенеральный секретарь ОДКБ Юрий Хачатуров
Генеральный секретарь ОДКБ Юрий Хачатуров - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Yerevan: KTMT-ın yeni baş katibi bizim ölkənin nümayəndəsi olmalıdır

BAKI, 2 avqust — Sputnik. Rəsmi Yerevan Yuri Xaçaturova qarşı irəli sürülən ittihamlardan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi kvotasını saxlamağı planlaşdırır. Ermənistan tərəfinin fikrincə, KTMT-ın yeni baş katibi bu ölkənin nümayəndəsi olmalıdır.

Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib - Sputnik Azərbaycan
RUSİYA
Moskvada Yerevana qarşı böyük hiddət: Ermənistana silah satışı dayandırıla bilər

Sputnik Azərbaycan xəbər verir ki, bunu "RBC"-ə açıqlamasında Ermənistanın baş nazirinin mətbuat katibi Arman Eqoyan bildirib. "Jurnalistin rəsmi Yerevan KTMT yeni baş katibi postuna sədrinin Ermənistan nümayəndəsinin olması məsələsində israr edəcəkmi" sualını Eqoyan belə cavablandırıb: "Kvota 2020-ci ilə qədər Ermənistana məxsusdur".

Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da keçmiş prezident Robert Köçəryana qarşı ölkənin konstitusion quruluşunu dəyişmək ittihamını irəli sürüb. Köçəryan məhkəmə qərarı ilə iki aylığına həbs edilib. Keçmiş prezident ittihamların siyası xarakterli olduğunu bəyan edib.

Ondan əvvəl isə keçmiş müdafiə naziri Mikael Arutyunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı müqəssir qismində istintaqa cəlb olunub və barəsində axtarış elan olunub. KTMT baş katibi Yuri Xaçaturova da bu iş çərçivəsində ittiham irəli sürülüb. Xaçaturov zaminə buraxılıb.

Baş verənlər Moskvada hiddətə səbəb olub. Rusiya dövlət strukturlarında olan mənbə "Kommersant" nəşrinə bildirib ki, Rusiyada Ermənistanın hazırkı rəhbərliyinin hərəkətləri hərbi blokun imicinə zərbə kimi qiymətləndirilib. Moskva hesab edir ki, KTMT-nin baş katibi postuna digər üzv ölkənin vətəndaşı seçiləcək.

Xəbər lenti
0