BAKI, 2 avqust — Sputnik. Rusiyanın Saratov vilayətinin Engels şəhərində əvvəllər məhkum olmuş 46 yaşlı yerli sakini məhkəmə qarşısına çıxarıblar. O, xarici vətəndaşların saxta qeydiyyatını həyata keçirməkdə təqsirli bilinir.
"Müttəhim Engels Miqrasiya Xidmətində özünün yaşayış yerində Azərbaycan və Özbəkistandan olan 9 nəfəri 2017-ci ilin oktyabrından 2018-ci ilin yanvarına qədər saxta yolla qeydiyyata salıb" — deyə Saratov prokurorluğu bildirib.
Həmin şəxslər müttəhimin evində yaşamayıblar. O, sadəcə bu adamlardan pul alaraq, onları guya öz ünvanında qeydiyyata aldırıb. Sözügedən şəxslərin qeydiyyatının araşdırılması zamanı məlum olub ki, onların Elgels sakinin evində qeydiyyatı qanunsuzdur.
Məhkəmə sözügedən şəxsə cəzasını ağır rejimli islah koloniyasında çəkməklə 1 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.