QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Koçaryanı necə xatırlayır - ekspert şərhi

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, Koçaryanı Yerevanda yox, Bakıda cinayət məsuliyyətinə cəlb etmək lazım idi

Fikrət Sadıxov: “Paşinyan Koçaryandan qisas alır”
“Azərbaycan Robert Koçaryanı cəllad kimi tanıyır”. Bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsini Sputnik Azərbaycan-a şərh edərkən politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, Koçaryanın əli günahsız insanların qanına bulaşıb və o, Azərbaycanlılara qarşı soyqırımlarda iştirak edib: “Koçaryanı Yerevanda yox, Bakıda cinayətə məsuliyyətinə cəlb etmək lazım idi. Koçaryanın həbsi Ermənistandakı daxili siyasi qarşıdurmaların nəticəsidir. Paşinyan 2008-ci ildəki hadisələrə görə Koçaryandan qisas alır. Koçaryan cinayətkardır və onun yeri həbsxanadır”.

Qeyd edək ki, Yerevan birinci instansiya məhkəməsi Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək, Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0