BAKI, 30 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putinin portreti ABŞ-ı qarışdırıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə ABŞ-ın Kolorado ştatında baş verib.
Belə ki, naməlum şəxs ştatın hökümət binasında ölkənin keçmiş prezidentlərinin portretləri olan lövhənin qarşısına Rusiya prezidenti Vladimir Putinin portretini qoyub. Məlumata görə, portret Corc Buş və Barak Obamanın portretlərinin yanında Donald Tramp üçün ayrılan yerə qoyulub.
Hadisə barədə xəbər senator Stiv Fenberq tərəfindən "Twitter"də paylaşılıb.
Bildirilir ki, bu addım lövhədə Donald Trampın portreti üçün ayrılmış yerə görə ödənilməli olan 10 min dolların ödənilməməsinə etiraz olaraq atılıb. Yəni Trampın portretinin yeri boş buraxılıb və onun əvəzinə Putinin portreti asılıb.
Hadisə ABŞ mediasında "qanqaraldan etiraz" kimi dəyərləndirilib. Sonradan Putinin portreti həmin yerdən yığışdırılıb.