BAKI, 27 iyul — Sputnik. Rusiyanın Novokuznetsk şəhərində kriminial avtoritetin öldürülməsi video kamrealar tərəfindən qeydə alınıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə bu gün "Cambul" barında baş verib. Videodan görünür ki, məkana tünd geyimli, gün eynəyi taxmış kişi daxil olur. O istirahət edənlərdən birinə yaxınlaşır və kürəyindən ona bir neçə atəş açır. Bundan sonra qatil gizlənir, zərərçəkmiş isə aldığı yaradan dünyasını dəyişir.
Məlumata görə, qətlə yetirlən 39 yaşlı Aleksandr Jestokov olub. Jestokov Novokuznetskdə tanınmış kriminal qruplaşmanın üzvü olub. O barda həbsdən azad olmasını qeyd edirmiş.