QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan dünya ictimaiyyətinə müraciət edir

© Sputnik / Murad OrujovОфициальный представитель министерства иностранных дел Азербайджана Хикмет Гаджиев в ходе пресс-конференции в Баку, 23 июля 2018 года
Официальный представитель министерства иностранных дел Азербайджана Хикмет Гаджиев в ходе пресс-конференции в Баку, 23 июля 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Hikmət Hacıyev: "Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat hazırlanıb"

BAKI, 23 iyul — Sputnik. "Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva MDB dövlətləri daxili işlər nazirləri şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi əməlləri qeyd edib".

Официальный представитель министерства иностранных дел Азербайджана Хикмет Гаджиев в ходе пресс-конференции в Баку, 23 июля 2018 года - Sputnik Azərbaycan
QARABAĞ
Bakı Yerevan üçün ən böyük güzəştini açıqladı

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat və "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy" kimi fundamental sənədlər hazırlanıb.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif edilir:

— İşğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması;

— Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti;

— İqtisadi və maliyyə fəaliyyətləri;

— İnfrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı;

— İşğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi;

— İşğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər.

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Bu sıraya aşağıdakılar daxildir:

— BMT Nizamnaməsini pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarının de-facto ayrılmasını təmin etmək üçün gücdən istifadə;

— Bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması;

— İşğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi;

— Hərbi işğala dair hüququn, xüsusilə "Quruda müharibənin aparılması qanunları və adətləri" haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il "Müharibə zamanı mülki şəxslərin müdafiəsi"nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması;

Официальный представитель министерства иностранных дел Азербайджана Хикмет Гаджиев в ходе пресс-конференции в Баку, 23 июля 2018 года - Sputnik Azərbaycan
"Ağdamın 200 minlik əhalisinin 153 min nəfəri məcburi köçkündür"

— İşğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi;

— Ərazinin mədəni irsinin dəyişdirilməsi.

Beynəlxalq hüququn imperativ normalarının sadalanan ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur. Bu sıraya daxildir:

— Bu kimi pozuntular nəticəsində yaranmış vəziyyətin tanınmaması;

— Bu vəziyyətin saxlanması üçün hər hansı yardımın göstərilməsinin qadağan olunması;

— Bu kimi pozuntuları etmiş şəxslərin hər hansı immunitetdən məhrum edilməsi;

— Ağırlaşdırılmış məsuluyyət kimi bütün Dövlətlər tərəfindən Ermənistanı məsuliyyətə cəlb etmək və ona qarşı tədbirlərin görülməsi, o cümlədən sanksiyaların tətbiq edilməsi, cinayət və mülki işlərin açılması.

H.Hacıyev vurğulayıb ki, beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləq xarakter daşıyır: "Bütün beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, əcnəbi hüquqi və fiziki şəxsləri "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy" və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq".

Xəbər lenti
0