Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiya hərbi bazası bizi Türkiyədən qoruyur" – Ermənistandan etiraf

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidRusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası
Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Eduard Şarmazanov: "Onlar unudublar ki, 4 günlük aprel döyüşləri zamanı Türkiyə Ermənistan əleyhinə 5 bəyanat səsləndirib?"

BAKI, 20 iyul — Sputnik. "Rusiya hərbi bazasının Gümrüdə saxlanılması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın vitse-spikeri Eduard Şarmazanov Panik kəndi ətrafında baş verən insidenti şərh edərkən deyib.

Şarmanazovun sözlərinə görə, Rusiya ilə Ermənistan arasındakı əlaqələr bütün istiqamətlərdə — hərbi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməlidir: "Bunu Ermənistanın maraqları tələb edir".

"Belə bir insidentin baş verməsinə görə təəssüflənirəm, lakin artıq Rusiya tərəfi məsələ ilə bağlı üzr istəyib. Hökumətin iclasında və bir sıra Rusiya KİV-ində səsləndirilən fikirlər ikitərəfli əlaqələrə zərbə vurur" — vitse-spiker vurğulayıb.

Ermənistanda olan 102-ci hərbi bazaya gəldikdə isə, parlamentin sədr müavini əmindir ki, baza Ermənistanın təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli amilllərdən biridir: "Onlar unudublar ki, Türkiyə Ermənistana təhlükə yaradır və unudublar ki, 4 günlük aprel döyüşləri zamanı Ermənistan əleyhinə 5 bəyanat səsləndirib? Bazanın olması həyati həmiyyət kəsb edir və bunun alternativi yoxdur".

Qeyd edək ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri Şirak vilayətinin Panik kəndi ərazisində boş güllələrdən istifadə etməklə hərbi təlim keçiblər. Lakin baş verənlər yerli sakinləri qorxuya salıb.

Rusiyalı əsgər - Sputnik Azərbaycan
Rusiya əsgərləri Ermənistanda atəş açdı, adamlar pərən-pərən oldu - VİDEO

Hadisə iyulun 17-də gündüz vaxtı baş verib. Kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər. "Yaxşı ki güllələr boş olub. Bütün sakinlər güllə səslərindən sonra evlərindən qaçdılar, hətta huşunu itirən uşaqlar da var" — onlar bildiriblər.

Makeyan soyadlı bir sakin isə bunları deyib: "Bizi əsəbiləşdirən odur ki, icma ərazisində təlim olacağı barədə heç kimə xəbərdarlıq etməyiblər. Əgər Ermənistandan kimsə Rusiyada icma ərazisində bircə evin yanında bunu etsəydi, faciə düzəltmişdilər. Yaxşı, başa düşdük ki, yaxınlıqda hərbi baza var. Çox sağ olsunlar ki, bizi müdafiə edirlər. Amma təlimləri kənd ərazisində keçirmək olmaz".

Rusiyanın Ermənistandakı 102-ci bazasının komandirinin müavini Aleksey Polyuxoviç deyib ki, baza rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Şirak rayonunun qubernatoru Karen Saruxanyan isə bəyan edib ki, rusiyalı hərbçilər fors-major vəziyyətlə bağlı məlumat verib və insidentə görə üzr istəyiblər: "Belə bir hadisə ilk dəfə baş verib və onlar bunun bir daha təkrar olunmayacağını bildiriblər. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır".

Qeyd edək ki, Panik kəndi "Alaqyaz" poliqonunun yaxınlığında yerləşir.

Xəbər lenti
0