Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Liderlərin tarixi görüşü gözlənilməz geosiyasi nəticələr yaradacaq"

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin birgə mətbuat konfransı. Finlandiya, Helsinki, 16 iyul 2018-ci il
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin birgə mətbuat konfransı. Finlandiya, Helsinki, 16 iyul 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı ekspert: "Trampla Putin arasında əldə olunan razılaşmalar İrana təsirsiz ötüşməyəcək"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında həftənin əvvəlində baş tutan görüşün əks-sədası hələ də səngimir. Günlər getdikcə Qərb KİV-də bu görüşə dair yeni məlumatlar ortaya çıxır. Məsələn, bu gün yayılan məlumata görə, Helsinkidə baş tutan görüş zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində böhranın aradan qaldırılması üçün variantlardan biri kimi referendumun keçirilməsini təklif edib.

Sputnik Azərbaycan Helsinki görüşü ilə bağlı ABŞ-dan ola politoloq Piter Teyslə həmsöhbət olub. O, qeyd edib ki, ABŞ və Rusiya prezidentləri arasında baş tutan Helsinki görüşünün nəticələri onun gözlədiyindən də yaxşı olub və Donald Tramp artıq iki ölkə münasibətlərində bir sıra vacib məsələlər üzrə inkişafa nail ola bilib.

© Photo : REPORTPolitoloq Piter Teys
Politoloq Piter Teys - Sputnik Azərbaycan
Politoloq Piter Teys

"Bu, faktdır ki, hər iki ölkə prezidenti hərbi əməliyyatları gərginləşdirmədən Yaxın Şərqdə sülhü, sabitliyi qorumağa və hərbi münaqişələri həll etməyə hazırdır. Bundan əlavə, Rusiya və ABŞ Silahlı Qüvvələri arasında münasibətlər heç vaxt indiki kimi yaxşı olmayıb. Helsinki Sammitinin nəticəsinin hər iki ölkə, xüsusi ilə də onların iqtisadiyyatları üçün müsbət nəticələrinin olacağını gözləyirik" — Teys bildirib.

Onun sözlərinə görə, Trampın Helsinkidə əldə etdiyi nailiyyətlər 1991-ci ildən Ağ Evdə olan sələflərinin fəaliyyətini kölgədə qoyub: "Şübhəsiz, prezident Donald Trampın prezident Vladimir Putinlə görüşü Avropa, Asiya və Latın Amerikasında yeni geosiyasi trend yaradacaq".

Ekspert, eyni zamanda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Con Brennanın (2013-2017) "Twitter"-də sözügedən görüş barədə işlətdiyi mənfi ifadələrin "ağır cinayətlər və yanlış hərəkətlər" anlayışlarını da aşdığını, bunun xəyanətdən başqa bir şey olmadığını vurğulayıb: "Bu cür bəyanatlar qeyri-patriotikdir. Onun şərhləri ilk növbədə Amerika demokratiyasına hücumdur".

Amerikalı siyasi şərhçi Helsinki görüşünün İran ətrafında olan proseslərə necə təsir edəcəyinə dair fikirlərini də bölüşüb: "Prezidentlərin bundan əvvəlki görüşlərində müzakirə olunan məsələlərdən biri İran və onun ətrafında baş tutan proseslərlə bağlı olub. Hər iki prezident buna qədər cəmi iki dəfə — 2017-ci ilin iyulunda Almaniyada keçirilən G20 sammitində və 2017-ci ilin noyabrında Vyetnamda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində görüşüblər. Hər iki görüş zamanı İranın nüvə razılaşması müzakirə olunub. Bu da təsadüfü deyil. Çünki bu iki ölkə dünyada nüvə silahlarının 90%-dən çoxuna nəzarət edir".

"Rəsmi Tehran tərəfindən nüvənin zənginləşdirilməsinə dair proqramın dayandırılması olduqca önəmlidir. Çünki bu, Yaxın Şərqdə nüvə silahı yarışı ilə nəticələnə bilər. Hesab edirəm ki, gələcəkdə ABŞ ilə Rusiya arasında əldə olunan razılaşmalar, nüvə silahının yayılmamasına dair razılaşma, şübhəsiz İran İslam Respublikasına təsirsiz ötüşməyəcək. Bu razılaşmalar kibermüharibə, terrorizmlə mübarizə və digər sahələrdə əməkdaşlığın yeni çərçivələrini müəyyənləşdirəcək. Fikrimcə, 2018-ci il Helsinki Sammiti Vaşinqton ilə Moskvanı heç vaxt olmadığı qədər yaxınlaşdırdı. Bundan sonra kommersiya sahəsində əməkdaşlıq genişləndiriləcək, prezidentlər arasında gücləndirilmiş siyasi dialoq formalaşdırılacaq və qarşıdakı onilliklərdə gözlənilməyən geosiyasi nəticələr meydana çıxaracaq" — deyə P.Teys vurğulayıb.

Xəbər lenti
0