QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni nazir BMT baş katibi ilə Qarabağı müzakirə etdi

© Sputnik / Aram NersesyanErmənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, arxiv şəkli
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
XİN başçısı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişəsinin sülh yolu ilə həllinə dair danışqılara sadiq olduğunu iddia edib

BAKI, 19 iyul — Sputnik. Nyu-Yorkda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla BMT-nin baş katibi Antonio Quttereş arasında görüş baş tutub. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Nazir görüş zamanı qeyd edib ki, Ermənistan BMT çərçivəsində çoxtərəfli əməkdaşlığa böyük önəm verir.

BMT baş katibi Antonio Quttereş isə vurğulayıb ki, o, Ermənistandakı inqilab və daha sonra baş verən dəyişikliklərə heyrətlənib. Onun sözlərinə görə, BMT ölkə üçün əhəmiyyəti olan istiqamətlər üzrə sonrakı inkişafı dəstəkləməyə hazırdır.

Dağlıq Qarabağ münaqişəsinə də toxunan Mnataskanyan Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bu münaqişəsinin sülh yolu ilə həllinə dair danışqılara sadiq qaldığını iddia edib.

Xəbər lenti
0