Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tramp Rusiyanı düşmən adlandırmaqdan imtina etdi

© REUTERS / Leah MillisDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti: "Biz birgə işləyə, hər şeyi çox gözəl şəkildə həll edə və hamımız sülh içində yaşaya bilərik"

BAKI, 18 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiyanın güclü ordusu olmasına baxmayaraq, onun iqtisadiyyatı bununla müqayisədə elə də böyük deyil. O, həmçinin Rusiyanı "düşmən" adlandırmaq istəmədiyini bəyan edib. Bu barədə Sputnik Azerbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Onların güclü ordusu var, lakin onların iqtisadiyyatı, bildiyiniz kimi, Çindən dəfələrlə kiçikdir. Mən hətta "düşmən" sözünü belə, işlətmək istəmirəm. Biz hamımız birgə işləyə, hər şeyi çox gözəl şəkildə həll edə və hamımız sülh içində yaşaya bilərik" — deyə Tramp "Fox News" telekanalına müsahibəsində "Rusiyanı ABŞ-ın düşməni hesab edirsinizmi" sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, iyulun 16-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təkbətək görüş olub. Görüşü planlaşdırılandan artıq — 2 saat 10 dəqiqə çəkib. Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasındakı münasibətlərin perspektivlərini və aktual beynəlxalq məsələləri müzakirə etdikləri bildirilir.

Görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Xəbər lenti
0