QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Fransalı diplomat Yerevanda Qarabağ bəyanatı verdi: "Başqa yol yoxdur"

© Sputnik / Asatur YesayantsFransanın Ermənistandakı səfiri Conatan Lakot
Fransanın Ermənistandakı səfiri Conatan Lakot - Sputnik Azərbaycan
Abunə olmaq
Conatan Lakot: "Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli mümkün deyil"

BAKI, 12 iyul — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi güc yolu ilə həll edilə bilməz. Sputnik Ermənistan xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu gün keçirdiyi mətbuat konfransında bildirib.

NATPO liderlərinin Brüssel görüşü, 11 iyul 2018-ci il - Sputnik Azərbaycan
QARABAĞ
NATO Azərbaycana güclü dəstək nümayiş etdirdi

Səfirin sözlərinə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana fikrini çatdırıb. Lakot vurğulayıb ki, Fransa rəhbərliyi Ermənistan tərəfinin münaqişənin yalnız sülh yolu həll edilə bilməsinə dair bəyanatlarını pozitiv dəyərləndirir.

"Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli mümkün deyil, yalnız sülh danışıqları vasitəsilə nizamlanma mümkündür. Fransa da bu mövqeyə sadiqdir" — deyə Lakot qeyd edib.

Fransa səfirinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Brüssel görüşü çoxdan gözlənilirdi: "Rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələdə götürüdüyü öhdəlik və prinsiplərə sadiqdir".

Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ilk görüş keçirilib.

Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib. Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi razılaşdırılıb. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb

Xəbər lenti
0