BAKI, 6 iyul — Sputnik. Rusiya Migəçevirdəki "Azərbaycan" İES-də qəza zamanı Azərbaycan Respublikasına əhəmiyyətli yardım göstərib. Sputnik Azərbaycan-ın məlumatına əsasən, bu barədə keçirilən brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
"Bilirsiniz ki, Azərbaycanda istilik elektrik stansiyasında qəza baş verib. Qeyd etmək istəyirəm ki, Azərbaycanda elektrik enerjisinin ötürülmaəsinin qaydaya salınmasında əhəmiyyətli yardımı Rusiyanın "İnter RAO" şirkəti edib. Azərbaycan KİV-in məlumatına əsasən, bu şirkət özünü ən yaxşı tərəfdən göstərib. Bu barədə Azərbaycan prezidenti cənab Əliyev də bəyan edib. O ölkənin enerji sistemində yaranmış vəziyyətlə bağlı Rusiya və Gürcüstana təşəkkürünü bildirib" — Zaxarova bəyan edib.