BAKI, 6 iyul — Sputnik. Rusiyada Dünya çempionatı davam edir. Rusiya milli komandası çempionatda uğurlu çıxış edir.
Bir neçə gün öncə Rusiya-İspaniya oyununda Rusiya komandasının uğurunu gözləyən azarkeşlər az deyildi. Bu azarkeşlərdən biri də Rusiyada radioaparıcı işləyən Aleksandr Safronov olub. Radio aparıcı söz verib ki, Rusiya komandası İspaniya komandası üzərində qələbə qazanarsa işə qadın paltarında gələcək. Rusiya komandası İspaniya millisi üzərində 4:3 hesabı ilə qalib gəldikdən sonra aparıcı verdiyi sözü reallaşdırmalı olub. Safronov işə qadın donu geyinərək gəlib.