QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyinin idarə rəisi: "Tezliklə dədə-baba torpaqlarına qayıdacağıq"

© AR Ministry of DefenseMüdafiə Nazirliyinin nümayəndələri Zəhra və onun nənəsinin məzarını ziyarət edərkən
Müdafiə Nazirliyinin nümayəndələri Zəhra və onun nənəsinin məzarını ziyarət edərkən - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirliyin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndində olub

BAKI, 4 iyul — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndində olaraq, bir il öncə erməni təxribatının qurbanı olan yaş yarımlıq Zəhra və onun nənəsinin məzarını ziyarət ediblər. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

© AR Ministry of DefenseMüdafiə Nazirliyinin nümayəndələri Zəhra və onun nənəsinin məzarını ziyarət edərkən
Müdafiə Nazirliyinin nümayəndələri Zəhra və onun nənəsinin məzarını ziyarət edərkən - Sputnik Azərbaycan
Müdafiə Nazirliyinin nümayəndələri Zəhra və onun nənəsinin məzarını ziyarət edərkən

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani baş vermiş faciəni xatırladaraq bildirib ki, erməni daşnakları zaman-zaman xalqımıza qarşı təcavüz edib, günahsız insanları, hətta qocaları, qadınları, körpələri qətlə yetiriblər: "Ötən əsrin əvvəllərində də belə olub, bu gün də ermənilər öz məkrli niyyətlərindən əl çəkmirlər. Xocalıda və digər rayonlarda ermənilərin dinc əhaliyə, xüsusilə günahsız uşaqlara divan tutması, onların işgəncələrlə qətlə yetirilməsinə olan etirazlar bir çox beynəlxalq təşkilatlar tərəfindən cavabsız qaldığına görə düşmən yenə də bu iyrənc niyyətlərini davam etdirir".

"Məsum Zəhranın ölümü bütün xalqımız kimi Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük hiddətinə səbəb olub və nənə ilə nəvənin intiqamı artıqlaması ilə düşməndən alınıb" — deyə A.Qurbani bildirib.

© AR Ministry of DefenseYaşyarımlıq Zəhra və nənəsi Sahibə Quliyevanın məzar daşları
Yaşyarımlıq Zəhra və nənəsi Sahibə Quliyevanın məzar daşları - Sputnik Azərbaycan
Yaşyarımlıq Zəhra və nənəsi Sahibə Quliyevanın məzar daşları

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloij Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından körpə şəhidlə nənəsinin vəfatı ilə əlaqədar bir daha onların ailəsinə baş sağlığı verərək səbir və dözüm arzulayıb. İdarə rəisi qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz tezliklə bərpa ediləcək, qaçqınlarımız, köçkünlərimiz minillik dədə-baba torpaqlarına qayıdacaq və bütün şəhidlərimizin, eləcə də məsum Zəhranın ruhu şad olacaq.

Hərbi qulluqçulardan polkovnik Elşad Əbilov, Alxanlı kənd icra nümayəndəsi İlham İsrafilov və başqaları çıxış edərək tezliklə şəhidlərimizin qisasının alınacağına dair əminliklərini bildiriblər. Salman baba nəvəsinə və ömür-gün yoldaşına göstərilən daimi ehtiram və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Xəbər lenti
0