BAKI, 23 iyun — Sputnik. 32 yaşlı Rusiya sakininin üzündə yerini dəyişən sızanaq əmələ gəlib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, gənc qadın əvvəlcə iki həftə gözünün üzərində yaranmış qəribə sızanaqla mübarizə aparıb. Bir müddət sonra o gözün altında doğru hərəkət edib. 10 gün sonra sızanaq itib, amma qadının dodağı şişməyə başlayıb. Onun sözlərinə görə, şiş ara-sıra qaşınıb yanğı versə də başqa əlamətlər olmayıb. Həkimlər müayinə zamanı müəyyən edib ki, qızın dərisinin altında nəsə hərəkət edir. Parazit qurd cərrahi əməliyyatla qızın dərisidnən çıxarılıb.
Məlumata görə, qadın bir müddət əvvəl kənddə olub və onu ağcaqanadlar dişləyib. Həkimlərin fikrincə, bu parazit adətən it və pişiklərdə müşahidə edilir və ağcaqanad sancması ilə ötürülür.