Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tatarıstanda partlayış baş verib: Ölən və yaralananlar var

© Sputnik / Natalya Seliverstova / Fotobanka keçməkMoskvada təcili tibbi yardım maşını
Moskvada təcili tibbi yardım maşını - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Tatarıstanın Zainsk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

BAKI, 22 iyun — Sputnik. Tatarıstanın Zainsk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, partlayışa səbəb qaz balonu olub. Balon beşinci mərtəbədəki üçotaqlı mənzildə qeydə alınıb.

Partlayış nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan 4-ü, o cümlədən 1 uşaq ağır vəziyyətdədir.  

Tatarıstanın Səhiyyə nazirliyinin nümayəndəsi deyib ki, 8 nəfər xəstəxanaya çatdırılıb. Onlardan başqa daha 2 nəfər də stressdə olduğu üçün tibbi yardım istəyib. Zərərçəkənlərdən biri xəstəxanada ölüb. 

Partlayış mənzillərdən birində təmir işləri aparılan zamanı baş verib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала