QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “Ermənistan danışıqlarda maraqlı görünmür”

Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, Azərbaycanın ordu quruculuğu və müdafiə potensialının artırılması ilə bağlı gördüyü işlər təsadüfi deyil

Tofiq Abbasov: “Azərbaycan “B” planı üzərində düşünür”
“Ermənistanın Qarabağda fəallaşması onu göstərir ki, onların danışıqlar prosesinə ciddi şəkildə qatılmaq niyyəti yoxdur”. Bunu politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərindəki fəallığını şərh edərkən deyib.

Politoloq deyib ki, Ermənistan tərəfi öz proqramlarına uyğun olaraq hərəkət edirlər: 

“Separatçı rejimin yaradılması onlar üçün maksimum məqama çevrilib və çalışırlar ki, siyasi prosesi ciddi-cəhdlə çökdürsünlər. Onlar elə bir şəriat yaratmaq istəyirlər ki, Azərbaycan danışıqlar üçün heç bir predmetin olmadığı reallığı ilə razılaşsın. Bu işğalçı siyasətin təzahürləri münaqişə ətrafındakı bütün maraqlı tərəflərə məlumdur. Ona görə də, Azərbaycan əks tədbirlər görür. Bu baxımdan, bizim ordu quruculuğu, müdafiə potensialımızın artırılması ilə bağlı görülən işlər təsadüfi deyil. Biz siyasi müstəvidə qeyri-adekvat tərəf müqabili ilə üzləşmişik və hazırda B planı üzərində düşünürük. Bunun üçün də ermənilər şərait yaradırlar”. 

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedərək görüşlər keçirib. 

Xəbər lenti
0