BAKI, 21 iyun — Sputnik. Moskvadan Yerevana reys həyata keçirən layner digər təyyarəyə xeyli dərəcədə yaxın məsafədən uçuş edib. Bu barədə Sputnik Azərbaycan "REN TV"-yə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, hər iki təyyarə Rostov vilayəti üzərində bir-birinə kritik şəkildə yaxınlaşıb. Təyyarələrdən birində toqquşmaya dair xəbərdarlıq sistemi işə düşüb. Pilot vaxtında qərar qəbul edərək təyyarəni 325 metr aşağı endirə bilib.
Digər təyyarə Stavropoldan Moskvaya uçurmuş.