QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanlı girovları evində işlədən və onlara işgəncə verən erməni barədə açıqlama

© Sputnik / Murad OrujovXarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı girovları evində işlədən hərbi cinayətkar barədə XİN-dən açıqlama

BAKI, 18 iyun — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Ermənistan müdafiə nazirinin sabiq müavini, deputat Manvel Qriqoryanın həbsinə münasibət bildirib. 

XİN-in rəsmi sözçüsü Hikmət Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, Ermənistan müdafiə nazirinin sabiq müavini, Ermənistanın milli qəhrəmanı Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

Erməni general Manvel Qriqoryan - Sputnik Azərbaycan
Erməni generalın evindən çıxanlar hamını şoka saldı - VİDEO

O, xatırladıb ki, 2014-cü ilin noyabrında "Azadlıq" radiosunun erməni bürosuna verdiyi müsahibəsində Qriqoryan Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və "fəxrlə" bəyan edib: "Bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevrə konvensiyalarının pozulmasında ittiham olunan Manvel Qriqoryan həqarətlə Cenevrə konvensiyaları-filan tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi".

Hacıyev bildirib ki, Ermənistanın milli qəhrəmanı olan bu şəxs həmin açıqlamalarından sonra da Ermənistanın Respublika Partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam etdirmişdi.

Qalust Saakyan, Serj Sarqsyan və Manvel Qriqoryan - Sputnik Azərbaycan
Ermənistanda "sürünən çevriliş" və ya "milli qəhrəman"ın biabırçı sonu

"Demokratiyadan və insan hüquqlarından dəm vuran Ermənistanın yeni hakimiyyəti əsl mahiyyətini indi sübut etməlidir. Təəssüf ki, Manvel Qriqoryana qarşı başlanılan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə özünün etiraf etdiyi kimi, əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır" — XİN sözçüsü deyib. O ümid edir ki, beynəlxalq insan hüquqlarını müdafiəsi təşkilatları, o cümlədən Avropa Şurası bu məsələdə fəallıq nümayiş etdirəcəklər.

Manvel Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşlar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.

Xəbər lenti
0