BAKI, 17 iyun — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan təmas xəttindəki mövqelərdə olub.
“Baş nazir təmas xəttindəki mövqelərdə mühəndis infrastrukturları və istehkamlar, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub”, — deyə məlumatda bildirilir.