BAKI, 15 iyun — Sputnik. Britaniyanın "Daily Mail" nəşri futbol üzrə dünya çempionatının açılışında iştirak edən Rusiya və Səudiyyə Ərəbistanının qadın azərkeşlərinin xarici görünüşlərini müqayisə edib.
— MAX 102.3 FM (@Max1023FM) June 15, 2018
Sputnik Azərbaycan xəbər verir ki, müşahidələrə əsasən, rus qadınlar yarışa tamaşa etməyə üzərində çempionatın simvolunun əks olunduğu qısa t-şirt və parlaq makiyajla gəlib. Bunun əksinə olaraq, ərəb qadınlar hicab taxaraq yarışı seyr etməyə gəliblər. Üstəlik, onlar üzlərini yaşıl şərf və ya tibbi maskalarla bağlayıblar, həmçinin onların əksəriyyəti gün eynəyi taxıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı qadınlarına ilk dəfə 2018-ci ilin yanvarında stadiondan oyun izləməyə icazə verilib.
Qeyd edək ki, dünən Moskvada futbol üzrə 21-ci dünya çempionatı başlayıb. Oyunun ilk qarşılaşması Rusiya və Səudiyyə Ərəsbistanı komandaları arasında olub. Yarış 5:0 hesabı ilə rusların xeyrinə başa çatıb.