BAKI, 13 iyun — Sputnik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı bildirib.
Məlumata əsasən, Mnasakanyan Yerevanda ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşüb.
Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikir mübadiləsi aparıb, həmçinin danışıqlar prosesini irəlilətmək üçün imkanları nəzərdən keçiriblər.
Qeyd edək ki, bu, Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında baş tutan ilk görüşdür.