QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lavrov və Mnatsakanyan Dağlıq Qarabağı müzakirə edəcəklər

© Sputnik / Maksim Blinov / Mediabanka keçidRusiyanın Xarici İşlər naziri Sergey Lavrov
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, Ermənistanda hökumət dəyişikliyindən sonra xarici siyasət idarəsi rəhbərliyinin Rusiya paytaxtına birinci səfəri olacaq

BAKI, 7 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Ermənistanın XİN rəhbəri Zograb Mnatsakanyanla ikitərəli münasibətləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojin Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin mayın 14-də Soçidə keçirilmiş görüşləri kontekstində ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini müzakirə edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə fikir mübadiləsi aparılacaq" — deyə o əlavə edib.

Bu, Ermənistanda hökumət dəyişikliyindən sonra xarici siyasət idarəsi rəhbərliyinin Rusiya paytaxtına birinci səfəri olacaq. Mnatsakanyan mayın 12-də xarici işlər naziri vəzifəsində Edvard Nalbandyanı əvəz edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin mayın 14-də Soçidə görüşüb.

Xəbər lenti
0