Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İsraillə Rusiya razılığa gəldi: Bazarlıq mövzusu İrandır

© Sputnik / Нэнси Сисель / Mediabanka keçidПостпред России при ООН Василий Небензя, архивное фото
Постпред России при ООН Василий Небензя, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"İran qüvvələrinin Suriyadan çıxarılmasına dair Rusiya ilə İsrail razılığa gəlib"

BAKI, 2 iyun — Sputnik. Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenziya İran qüvvələrinin Suriyadan çıxarılmasına dair Rusiya ilə İsrailin razılaşması məsələsinə münasibət bildirib.

Sputnik Azərbaycan "Haber7"ə istinadən xəbər verir ki, Vasili Nebenziya məsələ ilə bağlı razılığa gəlindiyini söyləyib: "Anladığım qədər razılığa gəlinib. Razılaşmanın tətbiq edilib-edilməyəcəyi ilə bağlı bir söz deyə bilmərəm, amma, tərəflər razılaşmadan məmnundurlar. Hazırda tətbiq edilməsə belə, gələcəkdə ediləcək". 

Собор Святой Троицы в Тбилиси - Sputnik Azərbaycan
Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsir

Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman gözlənilmədən Rusiyaya səfərə gəlib və rusiyalı həmkarları ilə görüş keçirib. Görüşün bir saat yarım çəkdiyi bildirilir.

Qeyd edək ki, Suriya lideri Bəşər Əsəd Rusiyanın "RT" nəşrinə müsahibəsində İsrailin bəyanatlarına baxmayaraq, ölkəsində İran hərbçilərinin olmadığını vurğulayıb: "Bizim ərazimizdə İran hərbçiləri yoxdur və heç olmayıb da. Onları axı gizlətmək olmaz. Biz heç bunu gizlətməzdik də".

Bəşər Əsəd vurğulayıb ki, ölkədə İran ordusunun zabitləri var və onlar Suriya ordusuna kömək edir: "İsrailin Suriyada iranlılar barədə yalanını ən çox bu fakt açıqlayır. Bir neçə həftə əvvəl İsrail Hərbi Hava Qüvvələri bizim ərazimizə aviazərbələr endirdi. İddia olunurdu ki, hədəflər İranın hərbi baza və düşərgələridir. Lakin xəsarət alan və ölənlər arasında onlarla suriyalı oldu. Onların arasında bir nəfər də olsun iranlı yox idi. Yəni bütün bu iddialar yalandır".

Xəbər lenti
0