QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ probleminin həllində hansı imkan açılır - Tramp məktubunda nəyi nəzərdə tutub

© Sputnik / Илья Питалев / Mediabanka keçidНагорный Карабах, Шуша. Архивное фото
Нагорный Карабах, Шуша. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "Tramp Dağlıq Qarabağ münaqişəsinin həllini gündəmə gətirəcəksə, bu, bölgə üçün faydalı ola bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. "Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq". Bu barədə ABŞ prezidenti Donald Trampın mayın 24-də Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb. "ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır", — deyə məktubda bildirilib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a açıqlamasında bunun çox vacib bir məsələ olduğunu deyib: "Donald Trampın ötən il eyni tarixdə prezident İlham Əliyevə göndərdiyi məktuba da baxdım, müqayisə etdim. Ötən ilki məktubda sıradan bir cümlə var ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid edirlər. Amma bu dəfə isə "qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq" deyilib. Burada bir cümlədə 2 önəmli detala toxunulub. Birincisi, qarşıdan gələn aylar, digəri isə daha yaxşı şərait yaradacaq ifadələridir". 

Военная каска - Sputnik Azərbaycan
Ermənistan ordusu Dağlıq Qarabağda hərbçisini itirdi

Ekspertin sözlərinə görə, görünür, Tramp bunu yazmaqla gələcəkdə Ağ Ev və Dövlət Departamentinin Cənubi Qafqazın problemlərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərəcəyinə də işarə verir: “Hər halda, ABŞ da ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və Ermənistanda baş verən dəyişiklikləri də ABŞ-da diqqətlə izləyirlər. Ola bilsin, Ermənistan hakimiyyəti ilə də müəyyən məsləhətləşmələr aparılsın”.

“Hər halda biz inanmaq istərdik ki, ABŞ bir həmsədr olaraq münaqişənin həllində rolunu artıracaq. ABŞ-da anlamalıdırlar ki, Azərbaycanla əməkdaşlıq onlar üçün daha çox faydalı olacaq. Çünki Azərbaycan böyük layihələr reallaşdırır. Üstəlik, Əfqanıstanda sülhməramlı əməliyyatlarda Azərbaycan hərbçiləri iştirak edirlər. ABŞ bütün bu faktorları nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olacaqsa, Azərbaycanla əməkdaşlığı və faydalılığı ön planda tutmalıdır", — deyə politoloq qeyd edib.

O bildirib ki, hazırda Trampın gündəliyində daha vacib məsələlər var: "Şimali Koreya lideri ilə görüş və nüvə məsələsinin həlli, Suriya məsələsi, Avropa ilə gömrük məsələsi və s. Yəni Trampın gündəmində xeyli xarici siyasət mövzuları var. Amma bu arada o, Dağlıq Qarabağ münaqişəsinin həllini də gündəmə gətirəcəksə, bu, bölgə və sülh üçün müəyyən qədər faydalı ola bilər. Amma bu, o demək deyil ki, Tramp yaxın aylarda münaqişənin həlli ilə ciddi məşğul olacaq. Hər halda Tramp məktubda istəyini ortaya qoyub". 

Завсектор Администрации Президента Азербайджанской Республики, политолог Фуад Ахундов - Sputnik Azərbaycan
QARABAĞ
PA rəsmisi: "Dağlıq Qarabağdakı ermənilərin əksəriyyəti həqiqəti deməyə qorxur"

Politoloq Qabil Hüseynli isə Sputnik Azərbaycan-a açıqlamasında qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir dəyişiklik gözləmədiyini deyib: "Ermənistan tərəfinin tutduğu mövqe sülh danışıqları ilə proseslərin irəliləyə bilməsini, demək olar ki, mümkünsüz edir. Yəni Ermənistan tərəfi danışıqlar prosesinə bir destruktivlik və Azərbaycan tərəfini ehtiyatlı olmağa məcbur edən elementlər gətirir. Bu nöqteyi-nəzərdən danışıqlar, sülh yolu ilə proseslərin irəliləyə bilməsi məsələsində o qədər də böyük ümidlər görmürəm".

Politoloqun fikrincə, ola bilsin Tramp tərəfləri bu yolla danışıqlar prosesində müəyyən kompromislərə təhrik etməyə çalışır və yaxud da müəyyən güzəştlərə meylləndirmək istəyir: "Amma Azərbaycanın kompromis, hər hansı güzəşt limiti bitib. Yəni Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparırsa, bu məsələdə hər hansı bir kompromisdən, güzəştdən söhbət getmir”.

“Ermənistan tərəfi isə indiyədək Dağlıq Qarabağın statusunu alver mənbəyinə çevirib, indi də Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulmasını irəli sürür. Bu da Azərbaycanı danışıqlardan çəkindirə biləcək məqamlardan biridir", — Q.Hüseynli vurğulayıb.

Xəbər lenti
0