BAKI, 30 may — Sputnik. Rusiya paytaxtı Moskvada güclü külək müşahidə olunur. Sputnik Azərbaycan "Vesti.ru"ya istinadən xəbər verir ki, güclü küləyin onlarla ağacı aşırması nəticəsində 2- uşaq olmaqla 6 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Moskvanın bir sıra yerlərdin küləyin sürəti hətta saniyədə 17 metrə qədər çatıb. Moskva meri Sergey Sobyanin şəhər sakinlərinə xəbərdarlıq edərək onları diqqətli və ehtiyatlı olmağa çağırıb.
Küləklə əlaqədar Moskva zooparkının ərazisindən ziyarətçilərin evakuasiyasına başlanılıb. Zoopark rəhbərliyi ayın 30-nu texniki iş günü elan edib. Zooparkın sabah ziyarətçilərin üzünə açılacağı qeyd olunur.