Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yeni böyük müharibənin qarşısını almaq üçün təcili addımlar atılır: Rusiya...

© Sputnik / Maksim Blinov / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Şimali Koreya Əmək Partiyası sədrinin müavini Kim En Çolun Vaşinqtona səfər edəcəyi gözlənilir

BAKI, 30 may — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda Şimali Koreyaya səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Şimali Koreyanın ÇTAK agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Sergey Lavrovun səfəri Şimali Koreyadan olan həmkarı Li En Xonun dəvəti əsasında baş tutacaq.

Qeyd edək ki, bu gün Şimali Koreya Əmək Partiyası sədrinin müavini Kim En Çolun Vaşinqtona səfər edəcəyi gözlənilir.

O, ABŞ-da iyunun 12-də keçirilməsi nəzərdə tutulan Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşü ilə bağlı danışıqlar aparacaq. Kim En Çol ABŞ-ın sanksiya tətbiq etdiyi Şimali Koreya rəsmilərindən biridir.

Xəbər lenti
0