BAKI, 29 may — Sputnik. Rusiyada son bir həftə ərzində benzinin qiyməti kəskin artıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Kortes" informasiya-analitika mərkəzinin hesabatı göstərir.
Məlumata əsasən, Aİ-92 markalı benzinin qiyməti 76 qəpik artaraq bir litr üçün 40,76 rubla yüksəlib. "Aİ-95" markalı benzinin qiyməti 79 qəpik artaraq 43,6 rubla yüksəlib. Bir litr dizeldə öz 79 qəpik artaraq 43,65 rubla çatıb.
Moskva Yanacaq Assosiasiyası da öz növbəsində Moskvanın yanacaqdoldurma məntəqlərində yanacağın qiymətinin 88-90 qəpik bahalaşdığını qeyd edib.