BAKI, 29 may — Sputnik. Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Qeyd edək ki, Boçarnikov 7 fevral 2018-ci il tarixinədək Rusiyanın Qazaxıstandakı səfiri kimi fəaliyyət göstərib.
2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrın 27-də Putinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Ötən ilin noyabrında Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb.