BAKI, 24 may — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərində XXII Beynəlxalq İqtisadi Forumu başlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, mayın 26-dək davam edəcək forumda 100-dən çox ölkədən 15 minə yaxın nümayəndə iştirak edir.
Forumun rəsmi açılışı yerli vaxtla saat 13:00-da olub. Forumda Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev iştirak edəcək.
Forumda Fransanın prezidenti Emmanuel Makron və Yaponiyanın baş naziri Sindzo Abe, Beynəlxalq Valyuta Fondunun prezidenti də iştirak edəcəklər. Rusiya-Fransa, Rusiya-Yaponiya liderləri arasında ikitərəfli görüşlər keçiriləcək.
Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir. 1997-ci ildə ilk dəfə keçirilən Peterburq İqtisadi Forumunun təşkilatçısı Rusiya Federasiya Şurası və MDB Parlamentlərarası Assambleyası olub.