Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

"7 gözəl - Wedding and fashion show" təqdim olunacaq

Abunə olmaq
Layihənin direktoru İsmayıl Qasımov, ideya müəllifi Pərvanə Məmmədova və başqaları iştirakçıları və qonaqları gözləyənlər barəsində danışacaqlar

BAKI, 22 may — Sputnik. "Pi Group" Production iyunun 9-da "Elite Events Hall"da möhtəşəm mükafatlandırma, sərgi, şou və moda gecəsinə hazırlaşır.

"Elite Events Hall"da keçiriləcək "7 gözəl — Wedding and fashion show"da 2018-ci ildə dəbdə olacaq gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, retro və lüks avtomobillərin şousu, rəqs qruplarının və müğənnilərin çıxışı, məhşurların mükafatlandırılması baş tutacaq.

© Afişa"Yeddi gözəl — Wedding and fashion show"
Yeddi gözəl — Wedding and fashion show - Sputnik Azərbaycan
"Yeddi gözəl — Wedding and fashion show"

24 may saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "7 gözəl — Wedding and fashion show"-nun layihənin direktoru İsmayıl Qasımov, ideya müəllifi Pərvanə Məmmədova və başqaları iştirakçıları və qonaqları gözləyənlər barəsində danışacaqlar. Tədbirin aparıcısı Zümrüd Qasımova olacaq. Həmçinin tədbirdə müğənnilər Ayaz Babayev, Suri İsgəndərli və digərləri iştirak edəcəklər.

Əlaqə vasitələri:

Ünvan: "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

Qeyd edək ki, Spuntik Azərbaycan "7 gözəl — Wedding and fashion show"-nun informasiya tərəfdaşıdır.

Xəbər lenti
0