BAKI, 17 may — Sputnik. ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeoya Rusiyanın orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Moskva Sazişinin müddəalarının pozması ilə bağlı təkliflər hazırlamağı tapşırıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Pompeo təkliflər paketini hazırlayarkən Maliyyə, Müdafiə, Ticarət nazirlərlikləri, həmçinin Milli Kəşfiyyat İdarəsinin direktoru ilə birgə işləməlidir.
Belə ki, Konqres prezidentdən özündə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Moskva Sazişini pozmaqda ittiham olunan rus məmurlara sanksiyaların da tətbiq olunması, ABŞ-ın büdcədən satınalmalar üzrə müqavilələrin də ləğvi daxil olmaqla tədbirlər paketini əks etdirən hesabatı təqdim etməyi tələb edib.
Qeyd edək ki, "Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında" müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. Rusiya və ABŞ dəfələrlə bir-birini sazişin pozulmasında günahlandırıb.