Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 15 may — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədləri ATƏT-in şəxsi nümayəndəsi ilə birgə Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, nazir və həmsədrlər sülh prosesini irəlilətmək üçün mümkün variantları müzakirə ediblər. ATƏT-in şəxsi nümayəndəsi nazir və həmsədrləri təmas xəttindəki nisbi sabit vəziyyətə dair məlumatlandırıb. Məmmədyarov Azərbaycanın aktiv danışıqlara mümkün qədər tez bir zamanda başlamağa hazır olduğunu bildirib.
Həmsədlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.