BAKI, 15 may — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan Azərbaycanın işğal atlında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Bu barədə Sputnik Azərbaycan "Aysor.am" nəşrinə istinadən xəbər verir.
Məlumata əsasən, Akopyan burada qondarma "prezident" Bako Saakyan və "müdafiə naziri" Levon Mnaçakanyanla görüşüb, onlar Qarabağdakı son vəziyyəti müzakirə ediblər.