BAKI, 14 may — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində atışma baş verib. Sputnik Azərbaycan News.am-a istinadən xəbər verir ki, hadisə ötə gün saat 22:35 radələrində başlayıb.
Məlumata əsasən, atışma nəticəsində düşmən ordusunun əsgəri, 1988-ci il təvəllüdlü Şamxal Seyranoviç Petrosyan ağır yaralanıb. Faktla bağlı araşdırmalar başlayıb.