BAKI, 12 may — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri vəzifəsinə Zöhrab Mnasakanyanın təyin edilməsi haqqında fərman imzalayıb.
Sputnik Ermənistan-ın verdiyi xəbərə görə, ixtisasca diplomatdır və son 4 il ərzində Ermənistanın BMT yanında nümayəndəsi olub. Daha öncə isə üç il XİN başçısının müavini işləyib.
2008-ci ildən Ermənistan XİN rəhbəri vəzifəsində Edvard Nalbandyan çalışıb.