QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “Ermənistan tərəfinin davranışı müharibə ehtimalını gücləndirir”

© Sputnik / Murad OrujovИльгар Велизаде
Ильгар Велизаде - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan tərəfi Ermənistandakı proseslərdən başqa şeylər gözləyirdi

İlqar Vəlizadə: “Ermənistan tərəfinin açıqlamaları müsbət gözlənti vəd etmir”
Ermənistanın yeni baş naziri ilk addım kimi ölkə əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi aqitasiyaya üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir. Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Ermənistanın yeni rəhbərliyinin əvvəlkilərin yolunu getməsi təəssüf doğurur: 

“Onlar yenə də kompramisə imkan yaratmayan fikirlər səsləndirirlər. Bu bəyanatlar köhnə rəhbərliyin dedikləri ilə eynidir. Azərbaycan tərəfi Ermənistandakı proseslərdən başqa şeylər gözləyirdi. Bu gün Ermənistan cəmiyyətinin bu vəziyyətdə olması Qarabağ münaqişəsinin tənzimlənməməsindən irəli gəlir. Bu bəyanatlar Azərbaycan tərəfinin ümidlərini getdikcə azaldır və müharibə ehtimalını gücləndirir. Ermənistan tərəfinin açıqlamaları Qarabağ münaqişəsinin tənzimlənməsi üçün heç bir müsbət gözlənti vəd etmir”.

Xəbər lenti
0