QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanın işğal altında olan mirvarisi — Şuşa

Abunə olmaq
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada Şuşanın işğalının nəticələri ilə tanış ola bilərsiniz

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 26 il ötür.

8 may 1992-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla bərabər, respublikamızın tarixi mədəniyyət beşiyi sayılırdı. 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24900 əhali yaşayıb. Şuşanın işğalı zamanı 193 nəfər şəhid, 102 nəfər isə əlil olub. Erməni işğalçıları tərəfindən 27 sənaye və tikinti obyekti, 103 mədəni — məişət obyekti, 31 şəhər, qəsəbə və kənd, 249 tarixi abidə və muzeylər, 17 tarixi abidə dağıdılıb və yandırılıb. 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, minə yaxın eksponatı olan Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağara düşərgəsi, Xocalı rayonundakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin bənzərsiz eksponatları talan edilib.

Sputnik Azərbaycan Şuşanın işğalı və bunun nəticələri barədə infoqrafika hazırlayıb. 

Xəbər lenti
0