QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan sabah Azərbaycan ərazisinə gələcək

© Sputnik / Aram NersesyanNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Silahlı Qüvvələrin və Milli Təhlükəsizlik Xidmətinin rəhbər heyəti ilə görüşərək onlarla Ermənistanın müdafiə qabiliyyəti məsələlərini müzakirə edəcək

BAKI, 8 may — Sputnik. Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan mayın 9-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək. Sputnik Ermənistan xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir, eyni zamanda vurğulayıb ki, o, Silahlı Qüvvələrin və Milli Təhlükəsizlik Xidmətinin rəhbər heyəti ilə görüşərək onlarla Ermənistanın müdafiə qabiliyyəti məsələlərini müzakirə edəcək.

Paşinyan Ermənistanda prezidentin praktiki olaraq səlahiyyətinin olmadığını vurğulayıb: "Ermənistan baş naziri super baş nazir olmamalıdır. Super baş nazir olmayacaq. Biz bu istiqamətdə işləyəcəyik".

Xəbər lenti
0