BAKI, 7 may — Sputnik. Düz 26 il əvvəl Ermənistan silahlı birləşmələrinin işğalı nəticəsində Azərbaycan şəhərlərinin incilərindən biri – Şuşanın on minlərlə sakini doğma evlərini tərk edərək ölkənin digər şəhər və kəndlərində özlərinə sığınacaq axtarmağa məcbur oldular.
Doğma yurd-yuvanın itirilməsi ilə bağlı yaranan çətinliklər, hazırkı vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış çətinlik, regional və qlobal qüvvələr mərkəzinin münaqişə bölgəsindəki situasiyaya təsirləri mayın 8-də, saat 16:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirə ediləcək. Müzakirədə
— məcburi köçkün olan jurnalist Asəf Quliyev,
— "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu,
— Qafqaz Tarixi Mərkəzinin rəhbəri, tarixçi Rizvan Hüseynov,
— jurnalist və siyasi şərhçi Yevgeni Mixaylov (Rusiya),
— Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın müəllimi, politoloq Zaur Məmmədov,
— Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev,
— BDU Hüquq fakültəsinin Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimov,
— "İstanbul-Azərbaycan" dostluq cəmiyyətinin sədri Hürreman Hülya Ağasoy,
Əlaqə vasitələri:
Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Telefonlar: 404-13-84/85
e-mail: i.velizade@rian.ru