Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya bu dəfə dünyaya "Terminator"la meydan oxudu - VİDEO

© Photo : Минобороны РФБоевая машина поддержки танков (БМПТ) "Терминатор"
Боевая машина поддержки танков (БМПТ) Терминатор - Sputnik Azərbaycan
Abunə olmaq
"Terminator" TDHM bu il mayın 9-u Moskvada Qızıl Meydanda keçiriləcək hərbi paradda nümayiş olunacaq

BAKI, 7 may — Sputnik. Rusiya Müdafiə Nazirliyi öz rəsmi "Facebook" səhifəsində tanklara dəstək hərbi maşını (TDHM) "Terminator"un imkanlarını göstərən video-çarx paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, 49 saniyə davam edən videoda döyüş maşınının maneələrdən keçməsi, həmçinin düşmən hədəflərinə atəş açması görünür.

"Terminator" TDHM nüvə silahı və digər kütləvi qırğın silahlarının tətbiqi şəraitində çoxnövlü hərbi vasitə kimi tank və motoatıcı dəstələrin tərkibində manevr döyüş fəaliyyətinin aparılması üçün nəzərdə tutulub.

Hərbi maşın 30 millimetrlik qoşa avtomatik 2A42 tipli toplarla, iki ədəd AQ-17D minaatan, 4 ədəd "Hücum" adlı idarəolunan raket əleyhinə raketlər, 7.62 millimetrlik "Kalaşnikov" pulemyotu ilə təchiz olunub. Müqavilə üzrə "Terminator"ların Rusiya Müdafiə Nazirliyinə tədarükü 2019-cu ilin əvvəlində başa çatdırılacaq.

Digər müasir texnika ilə yanaşı "Terminator" TDHM bu il mayın 9-u Moskvada Qızıl Meydanda keçiriləcək hərbi paradda nümayiş olunacaq.

Qeyd edək ki, mayın 9-da Moskvada hipersəs sürətli "Kinjal" (Xəncər) aviasiya raket kompleksi də nümayiş olunacaq. Putin "Kinjal"ı analoqu olmayan silah adlandırmışdı: "Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir".

Xəbər lenti
0