Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qaydanı pozan sürücü yol polisinin iki müfəttişini vuraraq aradan çıxıb

© Sputnik / Natalya SeliverstovaRusiyada polis əməkdaşı, arxiv şəkli
Rusiyada polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətkarları 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir

BAKI, 5 may — Sputnik. Sürücü onu saxlamaq istəyən yol polisi əməkdaşını vurub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, tanışına yardım etməyə gələn Stavropol sakini qəsdən iki inspektoru vurub və sürüyüb. Polislərdən biri baş verənləri videoya çəkib.

Hadisə yol polisi əməkdaşları sükanı arxasında qızın olduğu avtomobili saxlayan zaman baş verib. Protokol yazılan zaman o öz dostuna zəng edib və hadisə yerinə gəlməyi xahiş edib. Çünki özü ekpertiziyadan keçmək üçün getməli imiş.

Cavan oğlan özünü çox gözlətməyib. Uzun mübahisədən sonra qanunu pozan qızın avtomobilin salonuna əyləşib. Polislər ona getməyə mane olmağa çalışsalar da, cavan oğlan onları vuraraq yoluna davam edib.

Polislərdən biri qapalı tipli kəllə-beyin travması alıb və onun beyni silkələnib. Günahkarları "hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmə" maddəsi ilə 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər lenti
0