Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşuda böyük antiterror əməliyyatı – İŞİD-çilər tutuldu

© Photo : RF FTX / Mediabanka keçidФСБ РФ задержала в Ярославле сторонников международной террористической организации
ФСБ РФ задержала в Ярославле сторонников международной террористической организации - Sputnik Azərbaycan
Abunə olmaq
Həbs olunan şəxslərin evlərində axtarışlar zamanı əldə düzəltmə partlayıcı qurğular, partlayıcı qurğular, odlu silahlar və silah-sursat aşkarlanıb

BAKI, 4 may — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yaroslavl şəhərində ölkə ərazisində terror aktları törətməyi planlaşdıran İŞİD terror təşkilatının beş üzvünü həbs edib. Sputnik Azərbaycan xəbər verir ki bu barədə Rusiya FTX məlumat yayıb.

"Terror aktının həyata keçirilməsinə hazırlıq o cümlədən də xaricdən koordinasiya edilib", — deyə FTX-nin yaydığı məlumatda bildirilir.

Həbs olunan şəxslərin evlərində axtarışlar zamanı əldə düzəltmə partlayıcı qurğular, partlayıcı qurğular, odlu silahlar və silah-sursat aşkarlanıb.

Faktla bağlı cinayət işi başladılıb. Cinayət işi ilə əlaqədar terrorçuların adları açıqlanmır.

Qeyd edək ki, bu gün Rusiyanın Stavropol diyarında polis əməkdaşlarına müqavimət göstərmiş iki silahlı da məhv edilib.

Məlumata görə, avtomobildə olan şəxslər avtomat silahdan atəş açdıqdan sonra hadisə yerini tərk etməyə çalışıblar. Cavab atəşi ilə silahlılar məhv ediblər.

Onlardan biri İŞİD-in düşərgələrində hazırlıq keçib və Rusiyaya terror aktları törətmək məqsədi ilə gəlib. İkinci şəxs qruplaşmanın fəal üzvü olub.

Xəbər lenti
0