BAKI, 4 may — Sputnik. Ermənistanın şimal-şərq istiqamətindəki ön xətt mövqelərindən birində əsgər meyiti aşkarlanıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Mayın 4-ü, saat 01:10 radələrində Ermənistanın şimal-şərq istiqamətindəki ön xətt mövqelərindən müddətli xidmət hərbi qulluqçusu, 1998-c il təvəllüdlü əsgər Artur Qasparyanın meyiti aşkarlanıb", — deyə məlumatda bildirilir.
Məlumatda, həmçinin qeyd olunur ki, əsgər başından aldığı güllə yaralarından ölüb. Faktla bağlı araşdırma aparılır.