Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu ölkədən olan turistlər artıq Ermənistana getməyəcəklər

© © Sergey DobrovolskiYerevan şəhəri
Yerevan şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Turistlər Ermənistandakı hadisələrin necə inkişaf edəcəyini gözləyir

BAKI, 3 may — Sputnik. Ermənistanda istirahət edən rusiyalı turistlər ölkədə davam edən siyasi böhranla əlaqədar ciddi çətinliklərlə üzləşmir, lakin bu ölkəyə turların satışı praktiki olaraq dayandırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Tur Operatorlar Assosiasiyası (RTOA) məlumat yayıb.

RTOA-nın məlumatına görə, mayın 2-nə bileti olan rusiyalılar aeroport personalının bir hissəsinin müxalifətin tətilinə qoşulmasın baxmayaraq, Yerevan hava limanından qalxa bilib: "Bütün ekskursiya proqramları adi qaydada əvvəlcədən planlaşdırılan cədvəl üzrə həyata keçirilir".

Turizm şirkətləri vurğulayır ki, etirazlar dinc xarakter daşısa da, turistlər üçün problemlər var. Yerevanda küçələrin bağlanılması ilə əlaqədar şirkətlər müntəzəm olaraq ekskursiya marşrutlarını dəyişməyə məcbur olurlar.

"Hazırda Ermənistana turların satışı azalıb. Bəzi şirkətlərdə bu göstərici praktiki olaraq 0-a düşüb. Hazırda turistlər Ermənistandakı hadisələrin necə inkişaf edəcəyini gözləyirlər", — deyə məlumatda bildirilir.

Xəbər lenti
0